Paşinyan Nyu-Yorka yollanıb | VİDEO

 Paşinyan Nyu-Yorka yollanıb |    VİDEO
  26 Sentyabr 2025    Oxunub:582
Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-nin Nyu-York şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında iştirak məqsədilə bu ölkəyə səfərə gedib.
Bu barədə o özü "Facebook" hesabında video paylaşıb. O, Nyu-Yorka birbaşa Moskvadan yollanıb.

Xatırladaq ki, Ermənistanın hökumət başçısı dünən Moskva şəhərində baş tutan Ümumdünya Atom Həftəsi Forumuna qoşulub. Eyni zamanda, axşam saatlarında Rusiya Prezidenti Vladimir Putinlə görüş keçirib. Hazırda ABŞ-yə səfər çərçivəsində onun Donald Trampla da görüşəcəyi istisna deyil.

Posted by Nikol Pashinyan on Friday, September 26, 2025

Firudin Həmidli
AzVision.az


Teqlər: Ermənistan   baş-nazir   ABŞ   səfər  



Xəbər lenti